“Panatinaikos” futbolçu üçün skaut göndərdi

“Panatinaikos” futbolçu üçün skaut göndərdi
24.10.2025 15:42 İdman

“Panatinaikos” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçi öz heyətində görmək istəyir. 

TodayPress TV Azerisport.com-a istinadən xəbər verir ki, yunanlar bu məqsədlə Azərbaycan çempionunun “Atletik Bilbao” ilə matçına skaut göndəriblər.

“Panatinaikos” artıq bir ildir ki, Yankoviçi izləyir. Monteneqrolu futbolçu yayda transfer təklifini geri çevirib. 

Qeyd edək ki, Markonun “Qarabağ”la 2027-ci ilin yayına qədər müqaviləsi var.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər