Oval Ofisdən oktaqona: UFC tarix yazır
İdman
25.02.2026 15:10
Ultimate Fighting Championship (UFC) Ağ Evin qarşısında keçiriləcək tarixi turnirin büdcəsini açıqlayıb.
TodayPress TV xəbər verir ki, təşkilat “UFC White House” adlı tədbir üçün 60 milyon dollar vəsait ayıracaq.
“MMA Fighting”in məlumatına görə, yarış Washington, D.C. şəhərində, White House South Lawn ərazisində təşkil olunacaq. Burada xüsusi olaraq oktaqon və tamaşaçı tribunaları quraşdırılacaq. İdmançıların arenaya birbaşa Oval Ofis istiqamətindən çıxacağı bildirilir.
Turnir iyunun 14-də baş tutacaq və ABŞ-nin müstəqilliyinin 250 illiyinə, həmçinin ölkə prezidenti Donald Trumpın 80 illik yubileyinə həsr olunub.
Gecənin əsas döyüşündə İliya Topuriya (İspaniya) ilə Castin Qetji (ABŞ) üz-üzə gələcək.
Bu tədbir UFC tarixində ən simvolik və bahalı layihələrdən biri kimi qiymətləndirilir.
Namiq HUN
tag: UFC,Oval ofis,Ağ ev,Dollar,Todaypress.tv,
