“Onlar fərqli dünyadadır!” - Reşak “Barselona”nın sirrini açdı

“Onlar fərqli dünyadadır!” - Reşak “Barselona”nın sirrini açdı
22.09.2026 08:10 İdman

“Barselona”nın sabiq futbolçusu və baş məşqçisi Karles Reşak Kataloniya təmsilçisinin cari mövsümdəki çıxışını dəyərləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. 

O, Kataloniya təmsilçisinin digər İspaniya klublarından açıq-aşkar üstün olduğunu bildirib:

“Məsələ həddindən artıq optimizmdə deyil, hər şey həqiqətən əla işləyir. Obyektiv baxsaq, hazırda “Barsa” digər İspaniya komandaları ilə müqayisədə tamamilə fərqli səviyyədədir. İndi onlara real rəqabət təşkil edə biləcək yeganə komanda PSJ-dir, qalanlarının heç bir şansı yoxdur. Onlar fərqli tempdə oynayır, çox qaçır və əzmkar mübarizə aparırlar. Bütün bu gənclər öz potensialına inanır. Təcrübəli futbolçularda uğursuzluq qorxusu yarana bilər, gənclikdə isə hər şey axarı ilə gedir”.

Mütəxəssis həmçinin çempionatdakı turnir vəziyyətinə də toxunub:

““Barsa”da hər şey qaydasındadır. Hazırda Madrid“Real”ını altı xal qabaqlayırlar. Milli komandaların oyunları üçün verilən fasilədən sonra öz meydanlarında “Real”a qarşı matç var. Əgər xal fərqi səkkizə və ya doqquza yüksəlsə, rəqib üçün təşviş siqnalları çalınmağa başlayacaq”.

Qeyd edək ki, “Barselona” cari mövsümdə keçirdiyi bütün səkkiz oyunda qələbə qazanıb. 

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər