Olimpiya mükafatçısı mundialda fərqləndi
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov (58 kq) dünya çempionatında bürünc medal qazanıb.
TodayPress TV xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Çinin Uşi şəhərində keçirilən yarışın yarımfinal mərhələsində məğlub olub.
Qeyd edək ki, Azərbaycanı dünya çempionatında 9 taekvondoçu təmsil edir.
Namiq HUN