O’Hara “Mançester Yunayted”in transferlərini sərt tənqid etdi

O’Hara “Mançester Yunayted”in transferlərini sərt tənqid etdi
19.08.2026 10:50 İdman

“Tottenhem”in sabiq futbolçusu Ceymi O’Hara “Mançester Yunayted” klubunun sahiblərini sərt şəkildə tənqid edib.

TodayPress TV xəbər verir ki, bu barədə “ManUtd.One” məlumat yayıb. 

“Məncə, bu, biabırçılıqdır. Onların Karriklə etdikləri biabırçılıqdır. Onu özləri dəvət etdilər, dəstəkləyəcəklərini dedilər və ona şans verdilər. O, ötən mövsüm komandanı Çempionlar Liqasına qaytarmaqla möhtəşəm iş gördü. Bunun qarşılığında isə ona cəmi iki futbolçu verdilər.

Yuri Tilemans normal futbolçudur. Əla transferdir. Amma Andre Santos... Bilirsiniz, onun ümumiyyətlə səviyyəli futbolçu olub-olmadığına hələ əmin deyilik. “Mançester Yunayted” isə bundan çox uzaqdır, amma biz artıq onların Çempionlar Liqasında oynayacağından danışırıq.

Onların üç-dörd il əvvəl olduğu kimi eyni müdafiə xətti var. Lyuk Şou müdafiənin sol cinahında daha bir mövsüm keçirəcək. Ədalət naminə, onun haqqını vermək lazımdır. Harri Maquayr mərkəzdə oynayır. Nə deyirsiniz? Söhbət “Mançester Yunayted”dən gedir. Onlar yenidən liderlər sırasına qayıtmağa çalışmalıdırlar”, – deyə O’Hara bildirib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər