NTD amerikalı basketbolçu transfer etdi

NTD amerikalı basketbolçu transfer etdi
23.09.2025 11:40 İdman

NTD komandası amerikalı basketbolçu Maykl Braun-Consu transfer edib.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, forvard mövqeyində çıxış edən 24 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb.

Braun-Cons son olaraq ABŞ-nin "The University of Mississippi" klubunun şərəfini qoruyub.

Qeyd edək ki, NTD buna qədər legionerlərdən Ladarius Marşal, Kobi Montqomeri, Jamel Kinq və Andra Makkinin transferlərini həyata keçirib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər