Zelenski Melaniya Trampı təltif etdi
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin birinci xanımı Melaniya Trampı ölkəsinə humanitar dəstəyin göstərilməsinə verdiyi mühüm töhfəyə görə I dərəcəli “Knyaginya Olqa” ordeni ilə təltif edib.
TodayPress TV xəbər verir ki, Ukrayna dövlət başçısı bununla bağlı fərman imzalayıb.
ABŞ-nin birinci xanımının xüsusi baş müşaviri Mark Bekman da “Qızıl Ürək” mükafatına layiq görülüb.
Xatırladaq ki, oktyabrın 27-dən noyabrın 1-dək Oleşki şəhərində humanitar əməliyyatın həyata keçirilməsi üçün müəyyən edilmiş ərazidə atəşkəs rejimi tətbiq olunub. Müvəqqəti atəşkəs Melaniya Trampın vasitəçiliyi ilə əldə edilib.