Şok ittihamlarla saxlanılan milyonçu Bəxtiyar əslində kimdir?

Şok ittihamlarla saxlanılan milyonçu Bəxtiyar əslində  kimdir?
04.11.2026 12:55 Gündəm

İş adamı Bəxtiyar Dali (Qaraşov) zorlamağa cəhd və qanunsuz azadlıqdan məhrumetmə ittihamları ilə saxlanılıb. Novxanı qəsəbəsindəki dəbdəbəli malikanəsi ilə tanınan 66 yaşlı şəxsin barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

TodayPress TV xəbər verir ki, Globalinfo.az-ın məlumatına görə, Bəxtiyar Dali 1960-cı ildə Abşeron rayonunun Novxanı kəndində anadan olub.

Əsl soyadı Qaraşov olan iş adamı uzun illər Rusiyada yaşayıb. Özünün verdiyi məlumata görə, orada hərbi mühəndis kimi fəaliyyət göstərib.

O, Azərbaycanda əsasən Novxanıdakı milyonluq malikanəsi ilə tanınıb. Dörd mərtəbəli, 10 otaqlı mülkün 2023-cü ildə satışa çıxarıldığı, qiymətinin isə bir neçə milyon manat olduğu bildirilib. Malikanədə 40 nəfərlik klub, idman zalı, sauna və bar yerləşib. Həyətində 150-dən çox ağac, eləcə də dəyəri 200 min dollar göstərilən şəlalə olub.

2024-cü ildə malikanənin 6 milyon manatdan baha qiymətə satıldığı barədə məlumat yayılıb.

Bəxtiyar Dali Rusiyada yaşadığı dövrdə müxtəlif ölkələrə səfər etdiyini, malikanəsində isə dünyanın müxtəlif ölkələrindən olan rəssamların əsərlərini topladığını bildirib.

O, peşəkar müğənni kimi tanınmasa da, musiqiyə maraq göstərib. 2021-ci ildə müğənni Turan Səfərli ilə duet ifa edərək Müslüm Maqomayevin repertuarından “Синяя вечность” mahnısını səsləndirib. Duet üçün klip də çəkilib.

Qeyd edək ki, Bəxtiyar Dali 2026-cı ilin iyulunda Sumqayıt ərazisindəki hotel-restoranlardan birində baş verdiyi bildirilən hadisə ilə əlaqədar saxlanılıb. İstintaq materiallarına əsasən, ona Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər