Norrisin çempionluq xəyalı Monzada böyük sınaqdan keçəcək!

Norrisin çempionluq xəyalı Monzada böyük sınaqdan keçəcək!
01.09.2026 16:02 İdman

“Formula-1” üzrə İtaliya Qran-prisi “MakLaren” üçün mövsümün həlledici mərhələlərindən biri ola bilər.

TodayPress TV xəbər verir ki, bunu “F1TV”nin efirində keçmiş “IndyCar” pilotu, hazırda ekspert kimi fəaliyyət göstərən Ceyms Hinçkliff deyib.

Onun sözlərinə görə, Monza trasında “MakLaren”in göstərəcəyi rəqabətədavamlılıq Lando Norrisin çempionluq uğrunda mübarizədə şansının olub-olmadığını müəyyənləşdirə bilər.

“Ardıcıl olaraq bir-birinə bənzər iki trasımız olacaq. Düşünürəm ki, Monza bəzi suallara cavab verəcək. “MakLaren”in, xüsusilə də Landonun göstərəcəyi rəqabətədavamlılıq onların çempionluq şansının olub-olmadığını müəyyənləşdirəcək”, – deyə Hinçkliff bildirib.

Qeyd edək ki, mövsümün 12 mərhələsindən sonra Lando Norris pilotlar arasında 4-cü pillədə qərarlaşıb. O, lider – “Mercedes”in italiyalı pilotu Andrea Kimi Antonellidən 83 xal geri qalır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər