NHL-də zədə şoku: 15 milyonluq ulduz kapitan hələ buza çıxa bilmir!

NHL-də zədə şoku: 15 milyonluq ulduz kapitan hələ buza çıxa bilmir!
24.09.2026 14:22 İdman

“Çikaqo Blekhoks”un baş məşqçisi Ceff Bleşill hücumçu Konnor Bedardın komanda ilə məşqləri bərpa etməkdən hələ uzaq olduğunu bildirib. 

TodayPress TV xəbər verir ki, “Çikaqo”nun yeni kapitanı iyulun 9-da çiynindən keçirdiyi əməliyyatdan sonra bərpa prosesini davam etdirir.

Ötən müntəzəm çempionatda Bedard keçirdiyi 69 matçda 75 (30+45) xal toplayıb. NHL-də çıxış etdiyi üç mövsüm ərzində o, ümumilikdə 219 oyunda 203 (75+128) xal toplayıb. 

Mövsümlərarası fasilədə “Çikaqo” Konnor Bedard ilə ilik maaşı 15 milyon dollar olmaqla 5 illik yeni müqavilə imzalayıb.

Qeyd edək ki, “Çikaqo” ötən mövsüm ABŞ Milli Hokkey Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyib. Müntəzəm çempionatın 82 matçında komanda 29 qələbə qazanaraq 72 xal toplayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər