Nepomnyaşi həyəcan təbili çaldı: Rusiya millisinin ciddi rəqibi yoxdur

Nepomnyaşi həyəcan təbili çaldı: Rusiya millisinin ciddi rəqibi yoxdur
18.08.2026 16:06 İdman

Tanınmış rusiyalı məşqçi Valeri Nepomnyaşi Rusiya və İran milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşü barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “championat” məlumat yayıb. 

O, Rusiya millisinin ciddi rəqiblərə ehtiyac duyduğunu və İranın üçüncü dəfə ruslarla qarşılaşmağa razılaşmasını yüksək qiymətləndirdiyini bildirib.

“Millimiz üçün rəqib kimi elit ölkələrin komandalarını görmək istərdim. Lakin mənim istəyimlə vəziyyət dəyişməyəcək. Olduğumuz vəziyyəti bilirəm. İran millisinin bizimlə üçüncü dəfə oynamağa razılaşdığı üçün onlara böyük təşəkkür etməliyik. Onlar bizə ciddi şəkildə kömək edirlər, çünki ciddi rəqiblərimiz çatışmır.

Razıyam ki, belə uzun fasilə çempionatımıza mənfi təsir göstərəcək. Lakin buna görə kimisə günahlandırmaq bizim üçün çox çətindir. Rusiya Futbol İttifaqının ciddi rəqiblərlə razılaşmaq üçün çalışdığını görürəm, amma yoxlama oyunları üçün rəqib tapmaq çətindir.

Ümumiyyətlə, bu fasilədən imtina etmək də olmaz. Milli komandalar sistemi fəaliyyət göstərməlidir. Futbolçular anlamalıdırlar ki, məşqçilərin diqqəti altındadırlar və milli komandaya dəvət almağa hazır olmalıdırlar. Ümid edək ki, Rusiya Futbol İttifaqı millimiz üçün ikinci rəqib də tapacaq”, – deyə Nepomnyaşi bildirib.

Qeyd edək ki, Rusiya millisinin İran yığması ilə yoldaşlıq oyunu keçirəcəyi daha əvvəl açıqlanıb. Qarşılaşma 29 sentyabr, “Ak Bars Arena” stadionunda keçiriləcək.

Namiq HUN

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər