"Neftçi" qapıçısı ilə müqaviləni uzatdı
"Neftçi" futbol klubu qapıçı Emil Balayevlə müqavilənin müddətini uzadıb.
TodayPress TV xəbər verir ki, anlaşmaya əsasən, 31 yaşlı futbolçu 2026-cı ilin yayınadək Bakı təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan və 2011-2014-cü illər aralığında də komandanın qapısını qorumuş Balayev 2023-cü ilin yayında kluba qayıdıb. O, milli komandanın heyətində 14 oyun keçirib.