“Neftçi” Avropa Kubokuna qələbə ilə başladı

“Neftçi” Avropa Kubokuna qələbə ilə başladı
23.09.2026 22:36 İdman

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində ilk oyununu keçirib.

TodayPress TV xəbər verir ki, “ağ-qaralar” Bakı İdman Sarayında Estoniyanın “Parnu” kollektivi ilə qarşılaşıb. Görüş “Neftçi”nin 80:67 hesablı qələbəsi ilə başa çatıb.

Konstantinos Vasiliadisin komandası ilk iki periodu qələbə ilə başa vurub – 20:13 və 22:16. Böyük fasilədən sonra qonaqlar fərqi azaltsalar da, matçın nəticəsini dəyişə bilməyiblər. Periodlar üzrə hesab 20:13, 22:16, 18:19, 20:19 olub.

“Neftçi”nin heyətində ən çox xalı Şakil Prays (21) və Elayca Hokins (19) toplayıblar. Rob Hovard 13, Aleksa Stepanoviç isə 10 xal toplayıb.

Cavab görüşü sentyabrın 30-da keçiriləcək. Cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya), “Mikonos” (Yunanıstan) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər