Naxçıvanda yeni era start götürdü: Təcrübəli ukraynalı iş başındadır!
"Araz-Naxçıvan" futbol klubu yeni baş məşqçisini rəsmən açıqlayıb.
TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi bu posta ukraynalı mütəxəssis Yuri Maksimovu təyin edib.
58 yaşlı təcrübəli çalışdırıcı ilə müqavilə 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Maksimov Azərbaycan futboluna yad sima deyil. O, 2017-ci ilin dekabrından 2018-ci ilin iyulunadək "Keşlə" (indiki "Şamaxı") klubunu idarə edib və komandaya Azərbaycan Kubokunu qazandıran əcnəbi mütəxəssislərdən biri olub.
Yuri Maksimov məşqçilik karyerası ərzində müxtəlif illərdə "Vorskla", "Dnepr-1", "Polissya", "Taraz", "Mordoviya", "Metallurq", "Krivbass", "Obolon" və ÇSKA (Kiyev) klublarına da rəhbərlik edib.
Namiq HUN