MY qapıçısının sirri açıldı: Basketbol əfsanəsi onun oyun rituallarını formalaşdırıb

İdman

06.12.2025 14:30

“Mançester Yunayted” klubunun qapıçısı Senne Lammens əlcəklərindəki 8 və 24 nömrələrinin Kobe Bryant ilə bağlı olduğunu bildirib. 

TodayPress TV xəbər verir ki, o bu barədə Sky Sports-a danışıb. 

“Buna qədər heç kim mənə əlcəklərimdəki 8 və 24 nömrələri barədə sual verməmişdi. Mən böyüyəndə və gənc qapıçı olanda işlərim qaydasında getmirdi. Xaraktercə sakit, balanslı, yumşaq, daha çox introvert biriyəm. Tanışlarımdan biri mənə «Alter ego» adlı kitab vermişdi. Mahiyyəti ondan ibarətdir ki, meydana çıxanda sanki başqa insana çevrilməlisən, sanki müəyyən bir mental keçid mexanizmin olmalıdır.

Mən basketbolun böyük azarkeşiyəm və kumirlərimdən biri Kobe Bryantdır, eləcə də onun məşhur “Mamba Mentality” fəlsəfəsidir. 8 və 24 nömrələri onun oyun nömrələridir. Buna görə də indi meydana çıxanda bu nömrələr mənə həmin keçidi etmək lazım olduğunu xatırladır və oyun zamanı da onlara baxıram. Artıq bu, mənim rituallarımdan biridir”, — deyə Lammens bildirib.

Namiq HUN

TodayPress TV

tag: Mançester Yunayted,Qapıçı,Senne Lammens,Kobe Bryant,Todaypress.tv,