Mourinyodan səs-küylü bəyanat: Titulsuz da “Qızıl top” qazanmaq olar!

Mourinyodan səs-küylü bəyanat: Titulsuz da “Qızıl top” qazanmaq olar!
09.09.2026 08:41 İdman

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo 2026-cı il “Qızıl top” mükafatını hansı futbolçunun qazana biləcəyi ilə bağlı fikirlərini bölüşüb.

TodayPress TV “Actu Foot”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis mükafatı almaq üçün mövsüm ərzində titul qazanmağın mütləq şərt olmadığını bildirib:

“Qızıl top”? Mənim fikrimcə, dünyanın ən yaxşı futbolçusu mövsümü heç bir kubok qazanmadan da tamamlaya bilər. Siz hər şeyi qazana bilərsiniz, lakin dünyanın ən yaxşı futbolçusu olmaya bilərsiniz”.

Qeyd edək ki, sentyabrın 8-də “Qızıl top”a 30 namizədin adı açıqlanıb. Siyahıda “Real Madrid”in 4 futbolçusu – Cud Bellingem, Mark Kukurelya, Kilian Mbappe və Vinisius Junior yer alıb. Ötən mövsümün nəticələrinə əsasən, “Kral klubu” heç bir titul qazana bilməyib.

2026-cı il “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər