Mançesterin yeni kralı: Haaland Runi və Aqueronun rekordunu qırdı!
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Mançester derbiləri tarixinin ən məhsuldar futbolçusuna çevrilib.
TodayPress TV xəbər verir ki, bu barədə Premyer Liqanın sosial şəbəkə hesabı məlumat yayıb.
Premyer Liqanın 2026/2027-ci illər mövsümünün IV turunda norveçli forvard “Mançester Yunayted”lə oyunda (1:0) qarşılaşmanın yeganə qoluna imza atıb. Bu top “şəhərlilər”in heyətində hücumçunun “Mançester Yunayted”in qapısından keçirdiyi 9-cu qol olub.
Beləliklə, Haaland bu qarşılaşmada aktivlərində 8 qol olan keçmiş hücumçular Ueyn Runi (“Mançester Yunayted”) və Serxio Aqueronu (“Mançester Siti”) geridə qoyub. Erik Kantona və Filip Fodenin hesabında isə 7 qol var.
Erlinq Haaland 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Norveçli hücumçunun klubla müqaviləsinin müddəti 2034-cü ilə qədər nəzərdə tutulub.
Namiq HUN