Ben Sulayem bombanı patlatdı: Əfsanəvi Alonso getmir!

Ben Sulayem bombanı patlatdı: Əfsanəvi Alonso getmir!
14.09.2026 10:34 İdman

FIA prezidenti Məhəmməd ben Sulayem ikiqat “Formula-1” çempionu Fernando Alonsonun çempionatda çıxışını davam etdirəcəyinə söz verdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Nachez” hesabı “X” sosial şəbəkəsində məlumat yayıb. 

Ben Sulayem növbəti mövsüm üçün hələlik qüvvədə olan müqaviləsi olmayan ispaniyalı pilotun qərarını belə çatdırıb:

“Fernando mənə qalacağını bildirdi. Bu gün o, mənə söz verdi. O dedi: “Mən qalıram””.

2026-cı il mövsümünün geridə qalan 13 yarışında Alonsonun aktivində cəmi üç xal var. Bu, onun debüt etdiyi 2001-ci il mövsümündən ("Minardi" heyətində xal qazana bilmədiyi il) sonra eyni mərhələlər üzrə göstərdiyi ən zəif nəticəsidir. Madriddə keçirilən ev mərhələsində ispan pilot finişi 17-ci sırada keçib.

Qeyd edək ki, daha əvvəl ben Sulayem Alonsonun “Formula-1”dən olası gedişinə kəskin etiraz etdiyini bildirmişdi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər