Yaponiya voleybolunun təntənəsi: Asiya çempionluğu və Los-Ancelesə vəsiqə!

Yaponiya voleybolunun təntənəsi: Asiya çempionluğu və Los-Ancelesə vəsiqə!
14.09.2026 10:41 İdman

Voleybol üzrə Yaponiyanın kişilərdən ibarət milli komandası Asiya çempionatının qalibi olub. Həlledici matçda yaponlar İran təmsilçilərini 3:0 (25:21, 26:24, 25:23) hesabı ilə məğlub ediblər. 

TodayPress TV xəbər verir ki, bu zəfər sayəsində Yaponiya voleybolçuları ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqəni təmin ediblər.

Yaponiya seçməsi turnirdə keçirdiyi bütün altı oyunda qələbə qazanıb. Qrup mərhələsində Oman (3:1), Bəhreyn (3:0) və Avstraliyanı (3:0) üstələyən komanda, 1/4 finalda Hindistanı (3:0), yarımfinalda isə Cənubi Koreyanı (3:0) məğlub edib.

Turnirin bürünc medallarına Cənubi Koreya voleybolçuları sahib çıxıblar. Üçüncü yer uğrunda matçda onlar Avstraliya yığmasını geridə qoyublar. Yarışın bütün mükafatçıları 2027-ci ildə Polşada təşkil olunacaq Dünya çempionatına vəsiqə əldə ediblər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 SENTYABR 2026
Bütün Xəbərlər