Mourinyo matçdan sonra heyrətini gizlətmədi: “Əsl çılğınlıq idi”

Mourinyo matçdan sonra heyrətini gizlətmədi: “Əsl çılğınlıq idi”
09.09.2026 08:17 İdman

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “İnter” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib.

TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı mütəxəssis qarşılaşmanın olduqca gərgin və baxımlı keçdiyini bildirib:

“Mən bu matçı “dəli oyun” adlandırmağa üstünlük verərdim. Qarşılaşma darıxdırıcı olanda çoxlu tənqid səslənir. Amma bu gün meydanda əsl çılğınlıq yaşanırdı. Hesab rahatlıqla 7:6 ola bilərdi.

Yarımmüdafiəmiz zəifləmiş vəziyyətdə idi. “İnter” erkən əvəzləmələrə başladı, mənim isə yarımmüdafiədə o qədər də çox seçim imkanım yox idi. Futbolçuların artıq çox çətinlik çəkdiyini görəndə dəyişikliklər etdim.

Düşünürəm ki, nə biz, nə də onlar oyunun gedişinə tam nəzarət edə bildik. Qarşılaşma rəqibin nəzarətində deyildi. Kurtua çoxlu seyvlər etdi, Valverdenin qolu isə ağır əməyin nəticəsi idi. Amma hücumların qurulması mərhələsində belə nə qədər epizodu sonadək çatdıra bilmədik. Bu, əla matç idi”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər