Montella TFF ilə anlaşdı
Türkiyə milli komandasının baş məşqçisi Vinçenso Montella Türkiyə Futbol Federasiyası (TFF) ilə daha iki il müddətinə müqavilə imzaladığı bildirilir.
TodayPress TV xəbər verir ki, o, 2023-cü ilin sentyabrından “ay-ulduzlular”ı çalışdırır.
Onun Türkiyə komandası ilə hazırki müqaviləsi 2026-cı ilə qədərdir.
Qeyd edək ki, komanda Montellanın rəhbərliyi altında keçirdiyi 23 oyunda 12 qələbə qazanıb, 4 dəfə heç-heçə edib və 7 dəfə məğlub olub.
İtaliyalı mütəxəssis “ay-ulduzlular”ı AVRO-2024-də 1/4 finala çıxarıb.
Namiq HUN