Moe çətin missiyaya başladı: Kayseridə xilas planı

Moe çətin missiyaya başladı: Kayseridə xilas planı
25.02.2026 16:43 İdman

Türkiyənin “Kayserispor” klubunda baş məşqçi dəyişikliyi rəsmiləşib.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kayseri təmsilçisi norveçli mütəxəssis Erlinq Moe ilə 1,5 illik müqavilə imzalayıb. 

O, bu vəzifədə istefaya göndərilən Radomir Çaloviçi əvəzləyib.

Erlinq Moe son olaraq İstanbulun “Beşiktaş” klubunda baş məşqçi Ole Qunnar Sulşerin köməkçisi kimi fəaliyyət göstərib.

Hazırda “Kayserispor” Türkiyə Superliqasında 19 xalla 17-ci pillədə qərarlaşıb.

Namiq HUN

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər