Millimizin rəqibləri müəyyənləşdi
Mayın 27-də Slovakiyanın paytaxtı Bratislava şəhərində minifutbol üzrə növbəti Avropa çempionatına start veriləcək.
TodayPress TV xəbər verir ki, 16 komandanın iştirakı ilə keçiriləcək mötəbər turnirin final oyunu iyunun 4-də baş tutacaq.
Bu gün yarışın püşkatma mərasimi keçirilib. Püşkün nəticələrinə əsasən, son dünya çempionu Azərbaycan millisi F qrupunda yer alıb. Komandamız qrup mərhələsində Fransa, İtaliya və Avstriya yığmaları ilə mübarizə aparacaq.