Mili üzvü uzun müddət meydandan uzaq qala bilər
Cüdo üzrə Avropa çempionatının bürünc mükafatçısı Murad Fətiyevin (90 kq) “Abu Dhabi Grand Slam” turnirində aldığı zədə gözləniləndən daha ciddidir.
TodayPress TV İdman.Biz-ə istinadən xəbər verir ki, Fətiyev ən azı səkkiz həftəlik sıradan çıxıb.
Səkkiz həftənin bərpa üçün minimum müddət olub-olmadığını iki həftədən sonra MRT yoxlaması müəyyən edəcək. Zədənin ağırlığı ilə bağlı ən pis proqnozlar təsdiqlənsə, o zaman cüdoçumuz 6-9 ay yarışlara qatıla bilməyəcək.
Xatırladaq ki, Əbu-Dabi turnirində ardıcıl üç qələbə qazanan Murad Fətiyev yarımfinala yüksəlsə də, yunanıstanlı Teodoros Tselidislə üçüncü görüşdə aldığı zədə səbəbindən həkimlərin təkidi ilə mübarizəni dayandırmalı olub.
Namiq HUN