Məşhur pilot fanatlarını sakitləşdirdi: Alonso Formula 1-lə vidalaşmır!
“Aston Martin”in ikiqat “Formula-1” çempionu Fernando Alonso gələcəyi ilə bağlı gözlənilən açıqlama barədə danışarkən, Madrid Qran-prisində təqaüdə çıxacağını elan etməyəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb.
Təcrübəli pilot qarşıdakı mərhələdə hər hansı rəsmi qərar elan etməyi planlaşdırmadığını deyib:
“Xeyr, bu həftə təqaüdə çıxmağımla bağlı heç bir açıqlama olmayacaq. Madrid yarışına gəlincə, onu səbirsizliklə gözləyirəm. Qalan mərhələlər arasında çətinlik çəkəcəyimiz uikendlərin də, daha uğurlu keçəcək yarışların da olacağını bilirik. Ehtimal ki, növbəti mərhələ yaxşı imkanlardan biri ola bilər”.
Qeyd edək ki, 2026-cı il mövsümünün geridə qalan 13 mərhələsində Alonso cəmi 3 xal toplaya bilib. Bu, onun debüt etdiyi 2001-ci il mövsümündən (“Minardi” heyətində xal qazanmadığı dövr) bəri eyni mərhələ sayı üçün göstərdiyi ən zəif nəticədir.
Namiq HUN