Meksika Qran-Prisi: Ferstappen tarixə düşdü
“Red Bull” komandasının niderlandlı pilotu, dördqat dünya çempionu Maks Ferstappen “Formula-1”də podium sayı üzrə Sebastyan Fetteli arxada qoyub.
TodayPress TV xəbər verir ki, Ferstappen Meksika Qran-Prisində üçüncü yeri tutaraq karyerasında 123-cü dəfə podiuma yüksəlib.
Bu göstərici ilə o, 122 podiumu olan alman pilot Sebastyan Fetteli üstələyib.
Qeyd edək ki, hazırda Ferstappen “Formula-1” tarixində ən çox podium qazanan pilotlar siyahısında üçüncü yerdədir. Ondan öndə 155 podiumla Mixael Şumaxer və 202 podiumla “Ferrari”nin britaniyalı pilotu Lyuis Hemilton qərarlaşıb.
Namiq HUN