Belçika Ukraynaya yeni dronlar vəd etdi

Belçika Ukraynaya yeni dronlar vəd etdi
16.10.2026 13:35 Dünya

Belçika 2026-cı ilin sonunadək Ukraynaya 10 ədəd F-16 qırıcı təyyarəsi təhvil verməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Bart De Vever Brüsseldə Avropa İttifaqının sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra “Belga” agentliyinə açıqlamasında bildirib.

“Ukraynanın döyüş qabiliyyətinə malik qırıcı təyyarələrə ehtiyacı var və biz bu məsələdə töhfə verə bilərik. Bu il 10 təyyarə təhvil verəcəyik”, – deyə De Vever bildirib.

Baş nazir qeyd edib ki, qırıcıların təhvil verilməsi qrafiki Belçikaya ABŞ istehsalı olan F-35 təyyarələrinin tədarükündə yaranan gecikmələr səbəbindən dəyişdirilib. Həmin təyyarələr Belçika ordusunun silahlanmasında olan F-16-ları əvəz etməlidir.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər