Azərbaycan sərhədini pozan əcnəbilər SAXLANILDI

Azərbaycan sərhədini pozan əcnəbilər SAXLANILDI
16.10.2026 12:57 Gündəm

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən TodayPress TV-yə verilən xəbərə görə, Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 nəfər Fələstin vətəndaşı Gürcüstandan Azərbaycan Respublikası istiqamətinə, "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində isə 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı və 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

TodayPress TV

FOTOLAR

Azərbaycan sərhədini pozan əcnəbilər SAXLANILDI — 1
Azərbaycan sərhədini pozan əcnəbilər SAXLANILDI — 2
XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər