Məhdudiyyətlər ləğv olundu, Ukrayna hərəkətə keçdi: FIA məhkəməyə verildi!
Ukrayna Avtomobil Federasiyası (FAU) rusiyalı və belaruslu idmançıların beynəlxalq yarışlarda milli bayraq və himndən istifadəsinə qoyulan qadağanın ləğvi ilə bağlı qərardan Beynəlxalq Avtomobil Federasiyasının (FIA) məhkəməsinə rəsmi apellyasiya şikayəti verib.
TodayPress TV xəbər verir ki, bu barədə “RaceFans” məlumat yayıb.
2022-ci ildən bəri rusiyalıların yarışlara yalnız neytral statusda və neytrallıq bəyannaməsini imzalayacaqları təqdirdə icazə verilirdi.
Bununla belə, beynəlxalq səviyyədə Rusiya və Belarus sürücüləri neytral bayraq altında və ya digər dövlətlərin yarış lisenziyaları ilə çıxış etmək imkanına malik idilər. Avqustun 13-də məlum olub ki, FIA Rusiya və Belarusdan olan sürücülərə və komandalara beynəlxalq yarışlarda milli rəmzlərlə məhdudiyyətsiz çıxış etmək imkanını bərpa edib.
Namiq HUN