Məhkəmə Trampın icazəsiz tikintisinə veto qoydu

Məhkəmə Trampın icazəsiz tikintisinə veto qoydu
06.11.2026 11:08 Dünya

ABŞ federal hakimi Tanya Çutkan Prezident Donald Trampın Vaşinqtonda inşa etdirməyi planlaşdırdığı 250 fut (təxminən 76 metr) hündürlüyündə zəfər tağının tikintisini iki həftəlik dayandırıb. 

TodayPress TV xəbər verir ki,   "The Washington Post"un məlumatına görə, qərar federal komissiyanın layihəni təsdiqləməsindən qısa müddət sonra verilib.

Buna səbəb layihənin Konqresin icazəsi olmadan həyata keçirildiyi və Arlington Milli Qəbiristanlığının görünüşünə kölgə salacağı ilə bağlı məhkəmə iddialarıdır.

Trampın sözlərinə görə, zəfər tağı ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə inşa edilməlidir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər