Avropa Parlamentindən sərt bəyanat -“Putin qatildir və cavab verməlidir”
“Rusiya Prezidenti Vladimir Putin qatildir, Haaqada mühakimə olunmalıdır”
TodayPress TV xəbər verir ki, bunu Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Marie Aqnes Strak-Zimmerman deyib.
“Bu, vacibdir, çünki Ukraynada baş verənləri kiçiltmək istəmirəm. Ukrayna qurbandır. Putin qətllərə, insan oğurluqlarına, yanğınlara görə məsuliyyət daşıyır. Buna görə də o, qatildir, Haaqada mühakimə olunmalıdır”, - Zimmerman Ukrayna mediasına müsahibəsində bildirib.
Zəhra Məmmədova