Mbappedən iddialı bəyanat: “Qələbələrə acıq, hər kubok üçün döyüşəcəyik!”

Mbappedən iddialı bəyanat: “Qələbələrə acıq, hər kubok üçün döyüşəcəyik!”
23.09.2026 10:03 İdman

Maddridin “Real” klubunun hücumçusu Kilian Mbappe komandanın böyük titullarsız keçən dövrdən sonrakı əhval-ruhiyyəsi barədə danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. 

“Biz acıq. Bilin ki, bu il bizdən gözləntilər çox böyükdür. Hər bir kubok uğrunda mübarizə aparmaq üçün səbirsizlənirik”, - deyə Mbappe bildirib.

Ötən mövsümdə “Real” iri komanda titulları olmadan qalıb. Madrid təmsilçisi La Liqada və İspaniya Kubokunda “Barselona”ya uduzub, Çempionlar Liqasında isə 1/4 final mərhələsində iki oyunun nəticəsinə görə “Arsenal”a yenilərək mübarizəni dayandırıb. Yayda komandanın baş məşqçisi postuna Joze Mourinyu gətirilib.

Qeyd edək ki, La Liqanın 2026/2027-ci illər mövsümünün yeddi oyunundan sonra “Real Madrid” 15 xal toplayıb və turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər