Mateta ilə “Kristal Pelas” arasında qalmaqal böyüyür

Mateta ilə “Kristal Pelas” arasında qalmaqal böyüyür
24.08.2026 10:35 İdman

“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta klubla müqaviləsinin son ilinin etibarsız sayılmasını tələb edir. 

TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

29 yaşlı fransalı futbolçu London klubu ilə müqaviləsinin son 10 ayının etibarsız elan olunması üçün FIFA-ya müraciət edib. Matetanın hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir.

Mateta 2021-ci ildə “Maynts”dan “Kristal Pelas”a əvvəlcə icarə əsasında keçib. London təmsilçisi 2022-ci ilin yanvarında futbolçunun transfer hüquqlarını alıb və onunla 4,5 illik müqavilə imzalayıb. Sazişdə müqavilənin daha bir mövsüm uzadılması ilə bağlı bənd də yer alıb. Klub 2024-cü ildə həmin opsiyadan istifadə edib.

Mateta əlavə bir ilin etibarsız hesab edilməli olduğunu bildirir. Onun işi daha əvvəl Premyer Liqanın qaydaları çərçivəsində fəaliyyət göstərən müstəqil tribunalda araşdırılıb. Lakin BBC-nin məlumatına görə, müqavilə qüvvədə saxlanılıb.

Bundan sonra fransalı futbolçu FIFA-ya müraciət edib. Təşkilat isə bu həftə məsələnin öz yurisdiksiyasına aid olmadığı barədə qərar qəbul edib.

Mateta 2021-ci ildən “Kristal Pelas”ın formasını geyinir və klubun heyətində 67 qol vurub. O, komanda ilə İngiltərə Kubokunu və Konfrans Liqasını qazanıb.

Qeyd edək ki, hücumçu bu ilin yanvarında “Kristal Pelas”dan ayrılmağa çalışıb və “Milan”a keçidinə yaxın olub. Lakin transfer futbolçunun dizində yaranan problemlər səbəbindən baş tutmayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər