Mark Giunun “Çelsi” macərası başa çatdı – yeni ünvanı bəlli oldu!

Mark Giunun “Çelsi” macərası başa çatdı – yeni ünvanı bəlli oldu!
01.09.2026 15:34 İdman

“Çelsi” klubu hücumçusu Mark Giunun Almaniyanın “Leypsiq” klubuna transfer olunduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, ispaniyalı futbolçu 2024-cü ilin yayında “Barselona”dan “Çelsi”yə keçib və London təmsilçisinin heyətində 29 matçda 8 qol vurub.

“Giu UEFA Konfrans Liqasını qazanan komandanın bir hissəsi olub. O, turnirdə keçirdiyi 6 oyunda 6 qol vurub. Həmçinin ötən il klublararası dünya çempionatının qalibi olan heyətdə yer alıb. “Çelsi”də hər kəs Markın klubdakı əməyinə görə ona təşəkkür edir və “Leypsiq”də karyerasının yeni mərhələsində uğurlar arzulayır”, – deyə klubun açıqlamasında bildirilib.

Qeyd edək ki, 2025/2026-cı illər mövsümündə 20 yaşlı Mark Giu icarə əsasında “Sanderlend”də çıxış edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər