“Marakana” stadionu satışa çıxarıldı

“Marakana” stadionu satışa çıxarıldı
29.10.2025 13:09 İdman

Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən “Marakana” stadionu satışa çıxarılır.

TodayPress TV “RMC Sport”a istinadən xəbər verir ki, şəhərin qanunverici məclisi bu barədə qərar qəbul edib.

Yerli hakimiyyət arenanın saxlanılması üçün xərcləri azaltmaq və regionun 1,89 milyard avro məbləğində olan borcunun bir hissəsini ödəmək məqsədi ilə bu addımı atıb.

Qeyd edək ki, Seriya A Betano klublarından “Flamenqo”, “Fluminense”  və Braziliya millisi ev oyunlarını 78 min azarkeş tutumuna malik olan “Marakana” stadionunda keçirir. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər