“Mançester Siti”yə pis xəbər: Jeremi Doku həftələrlə oynamaya bilər

“Mançester Siti”yə pis xəbər: Jeremi Doku həftələrlə oynamaya bilər
19.08.2026 09:25 İdman

“Mançester Siti”nin vingeri Jeremi Doku yenidən zədələnib və bir neçə həftə yaşıl meydanlardan uzaq qala bilər. Belçikalı futbolçu İngiltərə Superkubokunda “Arsenal”a qarşı keçirilən oyunda zədələnib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Nieuwsblad” məlumat yayıb.

Mənbənin məlumatına görə, 24 yaşlı futbolçu qarşıdakı turda “Bornmut”la keçiriləcək matçda dəqiq iştirak etməyəcək.

“Mançester Siti”də hesab edirlər ki, futbolçunun hazırkı zədəsi dünya çempionatından sonra yaşadığı problemlərlə əlaqəli ola bilər. Turnirdən sonra Doku ağır virus infeksiyası keçirib və ayaq biləyindən zədə alıb. Bu səbəbdən o, mövsümə tam hazırlıq keçə bilməyib.

Doku bərpa prosesi keçməlidir. Belçikalı futbolçunun yaşıl meydanlara qayıdış müddəti zədənin xarakterindən və müalicəyə reaksiyasından asılı olacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər