“Mançester Siti” gələcəyin ulduzunu heyətinə qatdı: Allan Mançesterdə!
Braziliyalı hücumçu Allan “Palmeyras”dan “Mançester Siti”yə keçib.
TodayPress TV xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər 2031-ci ilin yayına qədər müqavilə imzalayıblar. 22 yaşlı futbolçunun transferi “Mançester Siti”yə 40 milyon avroya başa gəlib.
Qeyd edək ki, Allan 2025-ci ilin yanvarından “Palmeyras”ın əsas komandasında çıxış edirdi. O, bu müddətdə bütün turnirlərdə 95 matçda meydana çıxıb, 9 qol vurub və 11 məhsuldar ötürmə verib.
Futbolçunun “Palmeyras”la əvvəlki müqaviləsi 2029-cu ilin sonuna qədər qüvvədə idi. “Transfermarkt” portalında Allanın hazırkı bazar dəyəri 20 milyon avro qiymətləndirilir.
Namiq HUN