Malkomun Səudiyyə macərası bitir: yeni klubla razılıq əldə olundu

Malkomun Səudiyyə macərası bitir: yeni klubla razılıq əldə olundu
19.08.2026 11:31 İdman

“Barselona” və “Zenit”in sabiq hücumçusu Malkom yaxın günlərdə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrıla bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Braziliyalı futbolçu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Cəzirə” klubu ilə transfer şərtlərini artıq razılaşdırıb. 

Mənbənin məlumatına görə, 29 yaşlı futbolçu Səudiyyə klubu ilə hazırkı müqaviləsini vaxtından əvvəl ləğv edəcək. Halbuki tərəflər arasındakı anlaşmanın müddəti daha bir mövsüm davam edir.

Malkomun yeni klubu ilə üçillik müqavilə imzalaması gözlənilir. Futbolçu yaxın günlərdə tibbi müayinədən keçməlidir.

Braziliyalı futbolçu ilə “Fənərbağça”, “Əl-Sədd” və “Əl-Diriyə” klubları da maraqlanıb. Lakin tərəflər razılığa gələ bilməyiblər.

Qeyd edək ki, Malkom 2023-cü ildən “Əl-Hilal”ın formasını geyinir. Bu müddətdə 138 oyuna çıxan futbolçu 46 qol və 41 məhsuldar ötürmə ilə yadda qalıb. O, Səudiyyə klubu ilə birlikdə 5 milli titul qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər