Maks Ferstappen "Formula 1"in qalibi oldu

Maks Ferstappen "Formula 1"in qalibi oldu
21.09.2025 16:50 İdman

"Formula 1" üzrə Azərbaycan Qran Prisinin qalibi bəlli olub.

TodayPress TV xəbər verir ki, "Redd Bull" pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

Niderlandlı sürücü ikinci dəfə Bakıda qələbə sevinci yaşayıb.

O, daha əvvəl 2022-ci ildə də Azərbaycan Qran Prisində treki birinci pillədə başa vurub.

"Mercedes"dən Corc Rassell ikinci, Uilyams"dan Karlos Sayns üçüncü olub. Rassellin komanda yoldaşı Andre Kimi Antonelli dördüncü yeri tutubsa, "Reysinq Bulls"dan Liam Louson "beş-liy"i tamamlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər