“Liverpul” gələcəyin qapıçısını tapdı: Mersisayd klubu Bruqmansı seçdi

“Liverpul” gələcəyin qapıçısını tapdı: Mersisayd klubu Bruqmansı seçdi
01.09.2026 12:33 İdman

“Liverpul” klubu Belçikanın “Genk” komandasının 18 yaşlı qapıçısı Lukki Bruqmansın transferi ilə bağlı şifahi razılığa gəlib.

TodayPress TV xəbər ver ir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında razılaşdırılan transfer məbləği təxminən 35 milyon avro olacaq. Bruqmans Mersisayd təmsilçisinə 2027-ci ilin yayında qoşulacaq.

“Liverpul” artıq futbolçunun tibbi müayinədən keçməsi üçün icazə alıb. Tibbi yoxlamadan sonra transferin rəsmiləşdirilməsi üçün digər prosedurların tamamlanması gözlənilir.

Qeyd edək ki, Lukki Bruqmans ötən mövsüm “Genk”in heyətində bütün turnirlərdə 33 oyuna çıxıb və 10 matçda qapısını toxunulmaz saxlayıb. Belçika və Niderland futbolunun yetirməsi olan qolkiper 2024-cü ildən “Genk”in əsas komandasında çıxış edir.

“Transfermarkt” portalında Bruqmansın hazırkı bazar dəyəri 4 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər