“Liverpul” azarkeşlərinin üstünə avtomobil sürüldü

“Liverpul” azarkeşlərinin üstünə avtomobil sürüldü
27.05.2025 10:11 İdman

İngiltərə Premyer Liqasının 2024/2025 mövsümündə çempion olan “Liverpul” klubunun azarkeşləri qələbəni qeyd edərkən faciəvi hadisə baş verib.   

TodayPress TV BBC-yə istinadən xəbər verir ki, çempionluğun qeyd edildiyi zamanı avtomobil izdihama çırpılıb. 

Hadisədən dərhal sonra şəhərin mərkəzinə çoxlu sayda təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.   

Hadisə ilə bağlı 53 yaşlı bir kişi saxlanılıb.

Onun Liverpuldan yerli sakin olduğu bildirilir. 

Şimal-Qərb təcili yardım xidməti 27 nəfərin xəstəxanaya aparıldığını, yaralılardan ikisinin, o cümlədən bir uşağın ağır xəsarət aldığı bildirilib.

Bundan əlavə, 20 xəstəyə hadisə yerində tibbi yardım göstərilib. Ümumilikdə 4 uşaq xəsarət alıb.

Xatırladaq ki, “Liverpul” aprelin 27-də “Tottenhem” üzərində 5:1 hesablı qələbə qazanaraq vaxtından əvvəl çempionluğu təmin edib.

“Qırmızılar”  bu uğurla “Arsenal” və “Mançester Siti”ni geridə qoyub.   

Qeyd edək ki, klubun qarşıdakı yoldaşlıq oyunları sırasında iyulun 7-də “Milan”la, elə həmin ayın 30-da isə Yaponiyanın “Yokohama” klubu ilə matçlar yer alır.   

Namiq HUN

FOTOLAR

“Liverpul” azarkeşlərinin üstünə avtomobil sürüldü — 1
“Liverpul” azarkeşlərinin üstünə avtomobil sürüldü — 2
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər