Lamin Yamal “Barselona” ilə müqaviləsinin müddətini uzatdi

Lamin Yamal “Barselona” ilə müqaviləsinin müddətini uzatdi
28.05.2025 07:34 İdman

İspaniyalı 17 yaşlı futbolçu Lamin Yamal “Barselona” klubu ilə müqaviləsinin müddətini uzadıb.

Bu barədə TodayPress TV komandanın mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunub ki, müqavilənin müddəti 2031-ci ilə qədər davam edəcək.

Lamin Yamal 2023-cü ildən “Barselona”nın şərəfini qoruyur. Klubun tərkibində o, ikiqat İspaniya çempionu olmaqla yanaşı, ölkə kubokunun və Superkubokunun qalibi olub. Bu mövsüm Yamal müxtəlif turnirlərdə 55 matçda “Barselona”nın heyətində 18 qol vurub.

Yamal İspaniya milli komandasının tərkibində 2024-cü il Avropa çempionatının qalibi olub və turnirin ən yaxşı gənc oyunçusu seçilib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər