La Liqada mövsümün ilk "El Klasiko"su baş tutacaq
Bu gün İspaniya La Liqasında mövsümün ilk “El Klasiko”su keçiriləcək.
TodayPress TV xarici KİV-ə istinadən xəbər veriri ki, X tur çərçivəsində “Real Madrid” öz meydanında “Barselona”nı qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:15-də “Santyaqo Bernabeu” stadionunda başlayacaq və görüşü Sesar Soto Qrado idarə edəcək.
Hazırda “Real Madrid” 24 xalla birinci, “Barselona” isə 22 xalla ikinci yerdədir.
Jalə Rövşən