Kurtua Mbappeni Ronaldu ilə müqayisə etdi

İdman

20.11.2025 13:00

“Real Madrid” klubunun qapıçısı Tibo Kurtua hücumçu Kilian Mbappe ilə komandanın sabiq ulduzu Kriştianu Ronaldu arasında oxşarlıqlar və fərqlər barədə suala cavab verib. 

TodayPress TV xəbər verir ki, bu barədə COPE onlayn nəşri məlumat yayıb.

Portuqaliyalı futbolçu hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. O, 2009–2018-ci illərdə “Real”ın heyətində oynayıb. Kurtua Ronaldunun həmin illərdə bir çox fərdi mükafatlara sahib olduğunu bildirib:

“Mən Kriştianu ilə birlikdə oynamamışam, çünki mən komandaya gəldiyim yay o, “Yuventus”a keçmişdi. Düşünürəm ki, liderlik baxımından onları müqayisə etmək tam doğru deyil. Kriştianu həmişə daha çox qələbəyə köklənmiş futbolçu olub, nəinki Kilian.

Amma bu il Mbappe daha çox qalibiyyət mentaliteti göstərən və komandanı irəli aparan futbolçuya çevrilib. İndi əminliklə demək olar ki, Kilian bizim liderimizdir və hər oyun bunu daha da aydın şəkildə göstərir”.

Namiq HUN

TodayPress TV

tag: Kurtua,Mbappe,Ronaldu,Müqayisə,Todaypress.tv,