Əvəzlənmə qəzəbi baha başa gələ bilər: Spalettidən sərt xəbərdarlıq!
“Yuventus”un baş məşqçisi Luçano Spalletti Avropa Liqasının ümumi mərhələsinin II turunda “Selta” üzərində qazanılan qələbədən (2:1) sonra vinger Fransişku Konseysaunun əvəzlənərkən sərgilədiyi reaksiyanı sərt tənqid edib. Oyundan çıxarılan futbolçu ehtiyat oyunçular skamyasına bir neçə zərbə endirib və məşqçilər korpusunun nümayəndələri ilə mübahisə edib.
TodayPress TV xəbər verir ki, “Football Italia” nəşrinə açıqlama verən Spalletti futbolçunun hərəkətlərinə münasibət bildirib:
“Ona qəzəbini məhz özünə yönəltmək daha faydalı olardı, əks halda bunu daha sonra müzakirə edə bilərik. Əgər onun həqiqətən deyəsi bir sözü varsa, öz iradlarını şəxsən özünə - göstərdiyi oyuna ünvanlasın. Üstəlik, o, 70-ci dəqiqədə əvəzləndi və bir neçə gündən sonra növbəti matçımız var. Əgər onun həqiqətən də belə münasibəti olubsa - baxmayaraq ki, mənim qərargahım əksini iddia edir - qoy nə düşündüyünü bizə izah etsin, hər şeyi aydınlaşdırmağa çalışacağıq”.
Qeyd edək ki, start heyətində meydana çıxan 23 yaşlı portuqaliyalı vinger meydanda olduğu 64 dəqiqə ərzində məhsuldar hərəkətlə yadda qalmayıb. Cari mövsümdə bütün turnirlərdə 8 matç keçirən Konseysaunun aktivində 1 qol və 1 məhsuldar ötürmə var.
Namiq HUN