Klopp şərt qoydu: Belinqem və Kamavinqa gedəcək?

Klopp şərt qoydu: Belinqem və Kamavinqa gedəcək?
28.02.2026 10:22 İdman

Yurgen Klopp “Real Madrid” klubunun baş məşqçi postuna keçmək üçün bir neçə şərt irəli sürüb. 

TodayPress TV Topskills Sports UK-inə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis yayda təklif alacağı təqdirdə heyətin iki mərkəz müdafiəçi və iki yarımmüdafiəçi ilə gücləndirilməsini istəyəcək.  

Bundan əlavə, o, braziliyalı hücumçu Endrikin komandaya qaytarılmasında israrlıdır.

Bildirilir ki, Klopp hazırkı heyətdə yer alan Cud Bellinqem və Eduardo Kamavinqa ilə yolların ayrılması variantını da nəzərdən keçirməyə hazırdır.

Qeyd olunur ki, təcrübəli çalışdırıcı mümkün əməkdaşlıq üçün mövqeyini və şərtlərini əvvəlcədən müəyyənləşdirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər