Kley Tompson “Mayami”yə keçdi: Çempionluq üçün yeni hədəf!
“Mayami Hit”in prezidenti Pet Rayli komandanın Kley Tompsonla ikiillik müqavilə imzalamasını şərh edib.
TodayPress TV xəbər verir ki, sövdələşmə barədə rəsmi məlumatı klubun mətbuat xidməti yayıb.
Tompson daha əvvəl “Dallas Maveriks”lə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib və bundan sonra “Mayami”yə keçib.
Pet Rayli Kley Tompsonu NBA tarixinin ən tanınmış basketbolçularından biri kimi dəyərləndirib. Klub rəhbəri amerikalı basketbolçunun dördqat dünya çempionu olduğunu, böyük təcrübəyə malik veteran sayıldığını və meydanın hər iki tərəfində komandaya fayda verə bildiyini vurğulayıb.
Raylinin sözlərinə görə, Tompsonun əsas üstünlüyü yalnız uzaq məsafədən dəqiq atışları ilə məhdudlaşmır. “Mayami” rəhbəri basketbolçunun komandanı çempionluq uğrunda mübarizədə gücləndirəcəyinə inandığını bildirib.
Namiq HUN