Kərəm Aktürkoğlu məhkəmə qarşısına çıxacaq
Dünyanın məşhur “Warner Bros” şirkəti “Fənərbaxça” klubunun futbolçusu Kərəm Aktürkoğlunu məhkəməyə verib.
TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkət səbəb kimi yarımmüdafiəçinin “Harry Potter” qol sevincini icazəsiz etməsini göstərib.
Məsələyə İstanbul Əqli və Sənaye Mülkiyyət Hüquqları Mülki Məhkəməsində baxılacaq. Şirkət futbolçudan təzminat tələb edəcək.
Namiq HUN