“Kəpəz” Adil Şükürovla yollarını ayırdı

“Kəpəz” Adil Şükürovla yollarını ayırdı
22.09.2025 10:54 İdman

Futbol üzrə Azərbaycan çempionatında 2025-2026-cı illər mövsümünün ilk baş məşqçi istefası reallaşıb.

TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, “Kəpəz” klubu baş məşqçi Adil Şükürovla yollarını ayırıb. 

Klub rəhbərliyi komandanın cari mövsümdə sərgilədiyi oyun və uğursuz nəticələr səbəbindən mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. “Kəpəz” Premyer Liqanın V turunda səfərdə “Qəbələ”yə 3 cavabsız qolla uduzub.

Qeyd edək ki, Adil Şükürov cari mövsümün əvvəlində “Kəpəz”in baş məşqçisi təyin olunmuşdu. O, daha əvvəl 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi Gəncə təmsilçisinə rəhbərlik edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər