Kellini açıqladı: Spalletti “Yuventus”da qalır

Kellini açıqladı: Spalletti “Yuventus”da qalır
26.02.2026 13:04 İdman

“Yuventus” klubunun rəhbərliyi baş məşqçi Luçano Spalletti ilə əməkdaşlığın davam etdiriləcəyini rəsmən təsdiqləyib.

TodayPress TV “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, klubun idman direktoru Corco Kellini ilin əvvəlindən müzakirə olunan məsələyə aydınlıq gətirib.

Bildirilib ki, artıq təcrübəli mütəxəssislə yeni müqavilənin imzalanması üçün hazırlıqlara start verilib.

“Luçano Spalletti ilə yeni müqavilə məsələsi heç vaxt sual altında olmayıb. Bu, bizim əsas prioritetlərimizdən biridir. Yaxın vaxtlarda bir araya gələrək müqavilənin detallarını müzakirə edəcəyik”, – deyə Kellini vurğulayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər